Ali təhsil müəssisələrində keyfiyyətin təminatı məsələləri müzakirə olunub
Oktyabrın 3-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Ali təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək” adlı seminar keçirilib.
Seminarda Akkreditasiya və Nostrifikasiya İdarəsinin, ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. Seminarı xarici ekspert qismində Finlandiyanın Lapland Universitetindən Hannele Keranen və Merja Forest, Estoniyanın Tallin Universitetindən isə Katlin Vanari aparıblar.
Seminarda xarici ekspertlərin ali təhsil müəssisələrində keyfiyyətin təminatına dair təcrübələri dinlənilib və bu istiqamətdə Avropa ali təhsil məkanında tətbiq edilən mexanizmlərə dair müzakirələr aparılıb. Həmçinin iştirakçılar ali təhsildə keyfiyyət standartları və göstəriciləri, eləcə də onların Azərbaycan ali təhsil məkanında tətbiqi zamanı qarşılaşa biləcəkləri mümkün çətinliklərin aradan qaldırılmasına dair fikirlərini bölüşüblər.
Tədbirin keçirilməsində məqsəd həm Azərbaycanın ali təhsil müəssisələri, həm də yerli və xarici müəssisələr arasında əməkdaşlıq şəbəkəsinin möhkəmləndirilməsi və beynəlxalq təcrübənin Azərbaycanın ali təhsil sistemində tətbiqinin genişləndirilməsidir.
Seminar öz işini oktyabrın 4-də başa çatdıracaq.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
