“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib
Sentyabrın 29-da Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib. Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının vacibliyini qeyd edib, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib.
İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.
Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatında mühüm rolunu nəzərə alaraq, aparılan islahatların səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması, təhsilin bütün pillələrində əmək bazarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin olunması sahəsində təklif və tövsiyələrin verilməsi məqsədilə Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şura yaradılıb.
Daimi Şurada müvafiq nazirliklərin, aparıcı ali təhsil müəssisələrinin, ictimai təşkilatların, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər fəaliyyət göstərir.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
