Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə yekun vurulub
Sentyabrın 28-də Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 76, fərdi kateqoriya üzrə isə 206 layihə təklifi daxil olub.
Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 38, fərdi kateqoriya üzrə 84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Barələrində müsbət qərar qəbul olunmuş 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
Brifinqdə bildirilib ki, müsabiqə üzrə layihə təklifləri avqustun 15-dən sentyabrın 10-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan müraciətçilər 5 oktyabr saat 18:00-dək apellyasiya müraciəti edə bilərlər. Bunun üçün müraciətçilər grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərməlidir. Apellyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 10 mövzu üzrə keçirilib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Hər iki kateqoriya üzrə müsabiqə qaliblərinin siyahısı:
Fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr haqqında məlumat
7 il əvvəl
Digər xəbərlər
-
2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilir
10.04.2025 - 18:07 -
Nazir müavini İdris İsayev Kürdəmirdə olub
10.04.2025 - 15:02 -
Emin Əmrullayev Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb
09.04.2025 - 18:00 -
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başlayır
09.04.2025 - 17:11 -
Nazir müavini “Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış” mövzusunda konfransda iştirak edib
09.04.2025 - 17:03