Turizmə dair təlimlər keçirilir
“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə” layihəsi çərçivəsində otelçilik, fəal istirahət, xidmət və turizmə dair təlimlərə başlanılıb. Layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və Bakıda fəaliyyət göstərən beşulduzlu mehmanxanalarla birgə dövlət-özəl əməkdaşlığı əsasında həyata keçirilir.
Təlimdə Birləşmiş Krallığın “People 1st” təşkilatının təlimçisi Jeyn Norman müəllimlər üçün 4 günlük otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçəcək. Təlim iştirakçıları tərəfindən 2017-2018-ci tədris ilində layihə çərçivəsində tərtib olunmuş kurikuluma uyğun proqramlar tədris ediləcək.
Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun müvafiq kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır.
“Turizm-xidmət sektoru üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə” layihəsi 2015-2016-cı tədris ilindən etibarən Bakı şəhərində həyata keçirilib və “aşpaz”, “oteldə konsiyerj”, “təsərrüfat işləri üzrə nəzarətçi” ixtisaslarının tədrisini və kurikulumlarının hazırlanmasını, tədris prosesinin təcrübə prinsipi üzrə qurulmasını özündə əks etdirir. Hər üç ixtisas üzrə tədris materialları “People 1st” təşkilatı tərəfindən hazırlanıb. Layihə çərçivəsində məzunların 50 faizi işlə təmin olunub.
Layihə genişləndirilərək Gəncə və Qəbələdəki ilk peşə-ixtisas təhsili müəssisələrində də həyata keçiriləcək.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
