SABAH qrupları Almaniyada səfərdə olub
Təhsil Nazirliyinin SABAH İcra Komitəsinin rəhbəri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasında səfərdə olub.
Səfər zamanı nümayəndələr Halle şəhərində Halle-Vittenberq Universitetində görüş keçirib, əməkdaşlıq imkanlarını, Bakı Dövlət Universiteti və Halle Universitetinin İqtisadiyyat və Hüquq fakültəsi ilə birgə ikitərəfli hüquq üzrə fəlsəfə doktorluğu (PhD) proqramının təşkili məsələlərini müzakirə ediblər.
Daha sonra “Folksvagen” Fondunda olan nümayəndə heyəti beynəlxalq layihələr üzrə mütəxəssislərlə görüşüb, elmi layihələrə fondun maliyyə dəstəyi ilə bağlı söhbət aparıblar.
Növbəti günlərdə əməkdaşlar Bonn şəhərində DAAD (Alman Akademik Mübadilə Xidməti) nümayəndələri ilə görüşüb, təşkilatın həm universitetin tələbələri üçün, həm də akademik heyət üçün nəzərdə tutulmuş təhsil proqramları ilə tanış olub, iştirak imkanlarını müzakirə ediblər.
SABAH qruplarının məzunu Günay İmanzadə Almaniyanın Rostok şəhərində keçirilən 6-cı Rostosker Beynəlxalq Konfransında iştirak edərək nanomateriallar mövzusuna dair məqalə ilə çıxış edib. Ümumilikdə 13 ölkədən 70 nəfər tədqiqatçının iştirak etdiyi konfransda Azərbaycan heyətini SABAH qrupları, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri təmsil edib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
