Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib
İyulun 26-da Türkiyə Respublikasının İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının ikinci iclası keçirilib.
İclasda Türkiyənin milli təhsil naziri İsmət Yılmaz, İƏT-in Baş katibi Xəlil İbrahim Akça, həmçinin Pakistan, Əfqanıstan və İranın Təhsil Nazirliklərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.
İclasda Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi, 2017-2019-cu illər üçün İş planı müzakirə edilib, eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri öz ölkələri üçün təhsil sahəsində prioritetlər barədə məlumat veriblər.
Səfər çərçivəsində Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri İsmət Yılmaz ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
