“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim keçirilib
Məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri tərəfindən “Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib. Təlim Mingəçevir və Şirvan şəhərləri, Bərdə, Masallı, Quba, Qazax, İsmayıllı, Qax rayonlarında təşkil olunub.
Proqram çərçivəsində 6-9-cu siniflər əhatə edilməklə ümumtəhsil məktəblərinin 1500-dək şagirdi maarifləndirilib.
Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yardım”, “Fəlakət riskinin azaldılması–iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”, “Yaşam şərtləri-peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.
Təlimlər Avropa Komissiyasının DİPECHO Fondu tərəfindən maliyyələşdirilib və Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, UNİCEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçivəsində keçirilib.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00 -
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36
