Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb
9 il əvvəl
İyunun 14-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.
Görüşdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri, müəllim və direktorlar iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan nazir Respublika fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların daha yaxşı təşkili üçün görülən məqsədyönlü işləri və qazanılan uğurları diqqətə çatdırıb. Təhsil naziri Azərbaycanın gələcəyinin bugünkü gənclərdən yüksək bilik və bacarığa, kreativ düşüncəyə malik olmağı, müasir çağırışlara cavab verməyi tələb etdiyini deyib, gənc yaşlardan uğur əldə etməyin önəmini vurğulayıb.
Görüşdə peşə seçiminin ən vacib məsələ olduğunu xatırladan Mikayıl Cabbarov bu yolda düzgün qərar verilməsinin və gələcək hədəflərin müəyyən edilməsinin əhəmiyyətini qeyd edib. Təhsil naziri müstəqil dövlətimizin gələcək inkişafı naminə həyata keçirilən tədbirlərdə gənclərimizin uğurla təmsil olunacağına əminliyini ifadə edib və məzunlara bir daha xoş arzularını çatdırıb.
Sonra Mikayıl Cabbarov məzunlarla söhbət edib, gələcək planları ilə maraqlanıb və onların suallarını cavablandırıb.
Görüşdə məzunlara təşəkkürnamələr təqdim edilib, xatirə fotoşəkli çəkilib.
Digər xəbərlər
-
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32 -
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
19.11.2026 - 15:39
