NİZAMİ layihəsi üzrə müzakirələr aparılır
“Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” layihəsi üzrə (NİZAMİ layihəsi) növbəti görüş keçirilir.
Naxçıvan Dövlət Universitetində keçirilən görüşün əsas məqsədi layihə üzrə görülmüş işlərin təhlili və yekunlaşdırılmasına dair müzakirələrin aparılmasıdır.
Mayın 20-dək keçiriləcək görüşlərdə Azərbaycanda doktorantura təhsilinin gələcək modelinin yaradılması, bu təhsil üzrə Milli İdarəetmə Portalının hazırlanması, ali təhsil standartlarının müəyyənləşdirilməsi, professional biliklərin inkişafı, beynəlxalq əməkdaşlığın qurulması, şəbəkələşmə və keyfiyyət məsələləri müzakirə olunacaq.
Layihə 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb, 2018-ci ildə isə yekunlaşdırılması nəzərdə tutulub. Layihənin ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir.
Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. Bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmilləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən portalın yaradılması da layihəsinin əsas məqsədlərinə aiddir.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
