“Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə start verilib
Təhsil Nazirliyinin və Community.az portalının dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb icmaları” layihəsi çərçivəsində Gəncə, Quba, Lənkəran və Şəki şəhərlərində “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə növbəti dəfə start verilib.
Layihə çərçivəsində valideyn, şagird və müəllimlər üçün “Keçid dövründə yeniyetmə psixologiyası” adlı aktual mövzu üzrə təlimlərin keçirilməsi planlaşdırılır.
Cari ildə keçirilən təlimlərdə 1000-dən çox valideyn, şagird və müəllimin iştirakı nəzərdə tutulub. Ötən il isə layihə üzrə 46 seminar təşkil olunub.
Layihə və təlimlərin əsas məqsədi valideynlərin yeniyetmələrlə düzgün ünsiyyətinin qurulması, qarşılıqlı münasibətlərin tənzimlənməsi və keçid dövrünün problemlərinin aşkar edilərək həll yolunun müəyyən olunmasıdır.
Layihə çərçivəsində professional psixoloqlar tərəfindən 23 təlim keçiriləcək.
Qeyd edək ki, “Məktəb icmaları”nın əsas məqsədi şagirdlər, valideynlər və müəllimlər arasında ünsiyyətin qurulmasından, hər bir uşağın hərtərəfli inkişafı üçün şərait yaratmaqla tədrisin səmərəliyinin artırılmasından ibarətdir. Layihə çərçivəsində təlim və görüşlər zamanı aktual mövzular seçilib müzakirə olunur, peşəkarlar tərəfindən faydalı və vacib məsləhətlər verilir.
AXA MBASK sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq, daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır. Şirkət belə layihələrin uşaq və gənclərin hərtərəfli dünyagörüşə malik vətəndaş kimi yetişdirilməsinə xidmət edəcəyinə ümid bəsləyir.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
