TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”
Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklüziv təhsil tətbiq olunan 2-ci sinfində “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində “Açıq dərs” keçirilib. TOPs təlimlərindən keçmiş ibtidai sinif müəllimləri Gülər Abdullayeva və Səbinə Əliyeva şagirdlərə innovativ tədris vəsaiti olan TOP oyun tədris kartlarından istifadə edərək ilkin hərəki bacarıq və vərdişlər öyrədiblər.
“Açıq dərs”i Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin, “İnkişaf Naminə İdman” İctimai Birliyinin məsul şəxsləri, müəllim və valideynlər izləyiblər.
Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “British Council” və “İnkişaf Naminə İdman” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən TOPs layihəsinin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir.
Hazırda layihə Bakı və Sumqayıt şəhərlərinin 72 ümumi təhsil məktəbində tətbiq edilir. 2014-cü ildən start verilən layihədən 100 000 nəfərdən artıq şagird daha keyfiyyətli və maraqlı fiziki tərbiyə dərsindən, eləcə də dərsdənkənar fəaliyyətdən faydalanıb, 200-ə yaxın ibtidai sinif və 500-dən artıq fiziki tərbiyə müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.
9 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
