Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanıb
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında birgə əməkdaşlıq barədə ilk anlaşma memorandumu imzalanıb.
Memorandumun imzalanmasında məqsəd müxtəlif profilli istiqamətlər üzrə elmi-tədqiqat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Tədbirdə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov qeyd edib ki, müasir nailiyyətlərə əsaslanan turizm və menecment sahəsində uşaq və gənclərin maarifləndirilməsi, ekoloji turizm biliklərinin artırılması, kadr hazırlığı üçün nəzərdə tutulan əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bildirib ki, nəzərdə tutulan əməkdaşlıq uşaq və gənclərdə xüsusi bilik və bacarıqların, sağlam həyat tərzinin formalaşdırılmasına təsir edəcək, yay məktəblərinin, düşərgələrin, seminarların və konfransların təşkilində, qarşılıqlı maraq doğuran beynəlxalq və milli layihələrdə birgə iştirakı əhatə edəcək.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, uşaq və gənclərin bədən tərbiyəsi, fiziki hazırlığı, sağlam həyat tərzinin formalaşdırılması və idman turizmi sahəsində nəzərdə tutulan əməkdaşlıq şagirdlər arasında bərabər imkanlar yaradacaq.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16 -
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də
21.04.2026 - 11:27
