• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
Sual-cavab

İnternat məktəbində Novruz şənliyi

Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib.

Bayram şənliyi meydana  Dədə Qorqud,  Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb.

Tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun  Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib. İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.


4 il əvvəl

Sayt test rejimində çalışır