SABAH qrupları tələbəsi Harvard Konfransında iştirak edib
Bakı Dövlət Universitetinin SABAH qruplarında təhsil alan, beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbəsi Kamilla Nəbiyeva Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində İdarəçilik və diplomatiya mövzusunda keçirilən konfransda iştirak edib.
Konfransda “Samsung” şirkətinin vitse-prezidenti, Tom Lantos adına İnsan Haqları Komissiyasının, Harvard və Kolumbiya Universitetlərinin professorları və bir çox tanınmış şirkətlərin nümayəndələr çıxış ediblər.
Konfransda qloballaşma, kiberdiplomatiya, miqrasiya və digər mövzular ətrafında müzakirələr aparılıb.
Kamilla Nəbiyeva və xarici iştirakçılar qrup şəklində (case study) Çinin vətəndaşların qeydə alınması üzrə dövlət sisteminə aid (hukou sistemi) sənəd hazırlayaraq, təqdimatla çıxış ediblər.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
