Şirməmməd Hüseynovdan “Novruz mühazirəsi”
Martın 14-də Muğam klubda növbəti “Novruz mühazirəsi” keçirilib.
Budəfəki görüşdə Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mühazirəsi dinlənilib.
Tədbirdə millət vəkilləri, media rəhbərləri, tanınmış yazarlar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak edib.
Professor Şirməmməd Hüseynov mühazirəsində Azərbaycanın görkəmli bəstəkarı, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfəsindən danışıb.
Şirməmməd Hüseynov bildirib ki, Azərbaycan və dünya musiqi mədəniyyəti tarixində böyük izlər qoymuş Üzeyir Hacıbəyli alim, mütəfəkkir - filosof, maarifçi, ensiklopedik zəka sahibi kimi mədəniyyət tariximizdə özünəməxsus yer tutub və onun yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub.
Professor qeyd edib ki, Üzeyir Hacıbəylinin musiqi mədəniyyəti, musiqişünaslıq elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparılıb, dövlətin himayəsi ilə ardıcıl olaraq ölkə və beynəlxalq (YUNESKO) səviyyədə yubileyləri keçirilib, 2010-cu il "Üzeyir Hacıbəyli ili" elan olunub, haqqında çoxsaylı kitablar, elmi, elmi-kütləvi məqalələr çap edilib.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“Novruz mühazirələri”nin keçirilməsinin əsas məqsədi təhsil və elmin bu və ya digər sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır.
7 il əvvəl
Digər xəbərlər
-
Firudin Qurbanov Quba-Xaçmaz regionu üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
13.12.2024 - 17:45 -
Qusarda təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib
13.12.2024 - 14:50 -
Nazir müavini Firudin Qurbanov Qusarda vətəndaşları qəbul edib
13.12.2024 - 11:56 -
Fəxri xiyaban ziyarət edilib
12.12.2024 - 12:00 -
"Elm və ali təhsilin beynəlmiləlləşməsi" mövzusunda tədbir keçirilib
11.12.2024 - 15:20