Məktəb rəhbərləri üçün təlim
Təhsil İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyinin TAIEX proqramı çərçivəsində “Məktəb özünüqiymətləndirmə və təhsildə keyfiyyətin təminatı” mövzusunda seminar keçirilib.
Seminarın keçirilməsində məqsəd məktəblərdə keyfiyyət təminatını, məktəb özünüqiymətləndirmə sistemini və prosesini müzakirə etmək, uğurlu təcrübəni bölüşməkdir.
İki gün davam edən seminarda Təhsil Nazirliyinin əməkdaşları, Bakı şəhəri üzrə 40-dan çox məktəb direktoru, ayrı-ayrı bölgələrdən təhsil menecerləri iştirak ediblər.
Seminara Böyük Britaniyadan Donald Rolls, Niderland Krallığından Con Vierda, Maltadan Şarlot Kassar dəvət olunublar. Təhsil üzrə beynəlxalq mütəxəssislərlə birgə məktəb özünüqiymətləndirmənin əsas sahəsi kimi liderlik və idarəetmə, tədris və öyrənmə, keyfiyyət təminatı və nəzarət məsələləri ətrafında fikir mübadiləsi edilib. Məktəb rəhbərləri və müəllimlərin peşə standartları, onların qiymətləndirilməsi alətləri, məktəbin inkişaf planının hazırlanması, yoxlama prosesi, məlumatların toplanması və digər müxtəlif mövzular üzrə işçi qruplarda müzakirələr aparılıb.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
