“Müstəqillik ulduzları” adlı konsert proqramı
Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə “Müstəqillik ulduzları” adlı konsert proqramı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Konsertdə müstəqillik illərində müxtəlif respublika və beynəlxalq müsabiqələrin qalibləri, diplomantları milli və dünya klassiklərinin əsərlərini səsləndiriblər.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
