Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Fevralın 10-da təhsil naziri Misir Mərdanov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç də iştirak edib.
Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq Azərbaycanla Belarus arasında təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan danışıb və bu əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.
Səfir Nikolay Pastkeviç səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və görüşdə iştirak edən qonaqları nazirə təqdim edib.
Sonra Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviç rəhbərlik etdiyi təhsil ocağı, burada tətbiq olunan yeniliklər və gələcək planlar barədə geniş məlumat verib. Rektor, eyni zamanda təhsil naziri Misir Mərdanovun Belarus təhsil sistemi ilə bağlı bir sıra suallarına aydınlıq gətirib.
Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunan təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetləri barədə ətraflı məlumata malik olmaları məqsədilə gələcəkdə ölkəmizdə müvafiq təhsil sərgisinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında qonaqlara məlumat verib, azərbaycanlı gənclərin Belarus ali təhsil müəssisələrində təhsil almalarının önəminə diqqət çəkib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
20.06.2026 - 19:48 -
“Danışır təcrübə” layihəsinin XI görüşünün qonağı Məleykə Abbaszadə olub
19.06.2026 - 14:21 -
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festival keçirilir
18.06.2026 - 19:32 -
Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub
18.06.2026 - 09:00 -
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib
17.06.2026 - 11:06
