Bakı Musiqi Akademiyasında İtaliya və Azərbaycan musiqiçilərinin konserti
Oktyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İtaliya və Azərbaycan musiqiçilərinin konserti keçirilib.
Konsert Bakı Musiqi Akademiyası, İtaliyanın Espressione D`Arte Assosiasiyası və Luigi Çerubini Konservatoriyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində reallaşıb.
İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlib.
Konsertdə solistlər - Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və Azərbaycanın xalq artisti Yeganə Axundova (piano) çıxış ediblər.
İtaliyadan gələn professorlar BMA-nın tələbələri ilə, Luigi Çerubini Konservatoriyasının tələbələri isə BMA-nın professorları ilə ustad dərsləri keçiblər.
Proqramda Azərbaycan, İtaliya və Avropa bəstəkarlarının əsərləri səslənib.
BMA nümayəndələrinin mübadilə proqramı çərçivəsində İtaliyaya səfəri isə 1-5 noyabr 2016-cı il tarixlərində baş tutacaq.
Səfər çərçivəsində respublikanın xalq artistləri, BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva Luigi Çerubini Konservatoriyasının professorları ilə birgə ustad dərsləri keçəcəklər. Həmçinin, noyabrın 2-də Roma şəhərində, noyabrın 4-də isə Florensiya şəhərində Azərbaycan və İtaliya musiqiçilərinin birgə konserti nəzərdə tutulur.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
