Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü
Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Payız nağılı” adlı “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır.
Qalereyada dərnək rəhbərləri tərəfindən payız mövzusunda 8 ustad dərsi keçirilib. Dərnək üzvləri rəngkarlıqla məşğul olub, yarpaqlardan müxtəlif applikasiyalar və kollajlar düzəldib, tullantılardan maraqlı kompozisiyalar hazırlayıblar. Qrattaj texnikasında, ebru sənətində payız görüntüləri yaradıblar.
Təsviri Sənət Qalereyasında ilk dəfə olaraq robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar rəngkarlıq və rəqəmsal təsvirdən əlavə, proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
