“İdeya-2017” adlı müsabiqəyə start verilib
Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” adlı müsabiqəyə start verib. Valideynlər arasında keçirilən müsabiqəyə məktəblilərin həyatını daha maraqlı və rəngarəng etmək məqsədilə hazırlanan layihələr təqdim oluna bilər.
Müsabiqədə iştirak etmək üçün valideynlər community.az portalında “İdeya-2017” adlı qrupun üzvü olmalı və səhifədə yerləşdirilən ərizə formasını dolduraraq, təkliflərini yazmalıdırlar. Ərizələr 19 oktyabr 2016-cı il tarixindən 9 noyabr 2016-cı tarixinə qədər nigar.aliyeva@community.az elektron ünvanına göndərilməlidir.
Müsabiqənin gedişatı və nəticələri barədə community.az portalından məlumat almaq olar.
Münsiflər heyəti tərəfindən müəyyən ediləcək qalibləri “Məktəb icmaları” layihəsinin tərəfdaşları pul mükafatı və dəyərli hədiyyələrlə təltif edəcəklər. Müsabiqənin mükafat fondu 1500 manat təşkil edir və bu məbləğ ilk 3 yeri tutan qaliblərə təqdim olunacaq. Sonrakı yerləri bölüşən digər 7 iştirakçıya isə hədiyyələr veriləcək.
Ən yaxşı layihələr 2016-2017-ci tədris ilində həyata keçiriləcək.
Qeyd edək ki, “İdeya-2017” adlı müsabiqə “Access Bank” ASC, “Sağlam Ailə” MMC və “Şərq-Qərb” ASC tərəfindən dəstəklənir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
