Sosial şəbəkələrdəki təhlükələrlə mübarizəyə dair seminar
Oktyabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Community.az portalı “Məktəb icmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirib.
Tədbirdə valideynlər, məktəb psixoloqları və müəllimlər iştirak edib.
Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır.
Çıxış edənlər uşaqların sağlam və təhlükəsiz böyüməsi üçün valideynlər tərəfindən övladlarının sosial şəbəkələrdən düzgün istifadəsinə nəzarət edilməsinin vacibliyini vurğulayıblar.
Seminarın məruzəçisi Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmann uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda geniş təqdimatla çıxış edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.
Layihə “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Baker Tilly Azərbaycan” MMC tərəfindən dəstəklənir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
