Təhsil naziri Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu qəbul edib
Oktyabrın 3-də təhsil naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkunu diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.
Görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında danışılıb. Nazir səfirin təhsil əlaqələrinin daha da genişləndirilməsində oynadığı rolu yüksək qiymətləndirib və səfirə öz təşəkkürünü bildirib.
Öz növbəsində Alper Coşkun Azərbaycandan xoş təəssüratlarla ayrıldığını qeyd edib, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərdiyi dəstəyə görə nazir Mikayıl Cabbarova minnətdarlığını bildirib.
Sonda nazir səfir Alper Coşquna gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
