Futbol üzrə respublika birinciliyinin zona mərhələsi başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol üzrə respublika birinciliyinin zona yarışları keçirilib. Yarış 2003-2004-cü il təvəllüdlü məktəblilər arasında təşkil olunub.
Yarışın keçirilməsində əsas məqsəd Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin futbol bölmələrinin perspektivli futbolçularının aşkar olunması və mərkəzin qeyd olunan təvəllüd üzrə yığma komandasının müəyyən edilməsindən ibarətdir.
Zona yarışları Bakı, Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində, Qax və Bərdə rayonlarında təşkil edilib.
Maraqlı mübarizə şəraitində keçən yarışda Bakı zonası üzrə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (RİOEUGFM) və “Təhsil” RİM-nin İOEUGFM-nin komandaları, Sumqayıt zonası üzrə “Təhsil” RİM-nin Sumqayıt filialının, Sumqayıt 1 nömrəli UGİM-nin komandaları, Lənkəran zonası üzrə Lənkəran UGİM-nin, Astara UGİM-nin komandaları, Gəncə zonası üzrə “Təhsil” RİM-nin Gəncə filialının, Tovuz UGİM-nin komandaları, Qax zonası üzrə Qax UGİM-nin, Ağsu UGİM-nin komandaları, Bərdə zonası üzrə isə Bərdə UGİM-nin və Ağdam UGİM-nin komandaları final mərhələsinə vəsiqə qazanıblar.
Final mərhələsi 4-10 oktyabr 2016-cı il tarixlərində Lənkəran şəhərində keçiriləcəkdir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
