İsveçdə “Nizami” layihəsi ilə bağlı seminar keçirilir
İsveçin Upsala Universitetində “Azərbaycanda doktorantura təhsilinin vahid Avropa Ali Təhsil Məkanının standartlarına uyğunlaşdırılması və strukturlaşdırılması” (“Nizami") layihəsinin ikinci seminarı keçirilir.
Seminarın əsas məqsədi bir il ərzində görülən işlərin müzakirəsi və gələcək fəaliyyət planının müəyyənləşdirilməsidir.Seminarda layihənin tərəfdaşları olan Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycanın 9 və Avropanın 4 ali təhsil müəssisəsindən nümayəndələr iştirak edib.
Tədbirdə Təhsil Nazirliyini Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları Sülhəddin Gözəlov və Vüsalə Qurbanova təmsil edir.
Seminarın birinci günü Təhsil Nazirliyinin əməkdaşları Azərbaycanda doktorantura təhsilinin yaradılması, təşkili qaydaları və mövcud vəziyyəti ilə bağlı təqdimatla çıxış ediblər.
Tədbirdə həmçinin Avropada doktorantura təhsilinin təşkili qaydaları müzakirə olunub və Azərbaycanın doktorantura təhsili ilə müqayisə edilib. Doktorantura təhsilinin beynəlmiləlləşməsi və Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı Avropa və Azərbaycan tərəfdaşlarının təqdimatları dinlənilib.
Seminar sentyabrın 29-dək davam edəcək.
Qeyd edək ki, 2015-ci ilin dekabrından etibarən Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi fəaliyyətə başlayıb. Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
