• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qubada məktəblilərin növbəti yay düşərgəsi

Quba rayonunda ekoloji yay düşərgəsi təşkil olunub. Azərbaycan  Respublikası Təhsil NazirliyiRespublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi“EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən düşərgədə 40-a yaxın məktəbli iştirak edib.

10 gün davam edən düşərgənin təşkil edilməsi uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramlar üzrə orta məktəb şagirdlərinin mənalı, sağlam istirahətini təmin etmək məqsədi daşıyıb.

Düşərgədə məktəblilər üçün idman turizm əsaslarının inkişafına xüsusi önəm verilib, meşədə həyat fəaliyyətinin təhlükəsizliyi, yoqa meditasiyasının əsasları üzrə təlim məşgələlərində uşaqlara yeni bilik və bacarıqlar aşılanıb.

Təklif olunan marşrutlar üzrə Quba və Nabran meşələrinə 3-15 km məsafəni piyada yürüş edən düşərgə iştirakçıları verilən tapşırıqları böyük maraq və həvəslə yerinə yetiriblər. Afurça şəlaləsinə turizm yürüşü zamanı meşədə təhlükəsizlik qaydaları ilə tanış olublar. İstirahət saatlarında məktəblilər üçün idman oyunları təşkil olunub.

Qubanın II Nügədi kəndində yerləşən BDU-nun Təlim Təcrübə və İstirahət Mərkəzində keçirilən düşərgədə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə  Federasiyası əməkdaşlarının iştirakı ilə məktəblilər üçün səmti müəyyənetmə üzrə təlimlər keçirilib. 3 gün davam edən təlimin ilk günü nəzəri məşğələlər, ikinci günü açıq şəraitdə qurulmuş labirintdə yarışlar, üçüncü gün isə Xaçmaz rayonu Şimal kəndinə yaxın (Tel-Bulaq) ərazidə səmti müəyyənetmə yarışları təşkil olunub.

Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində ekoloji treninqlər keçiblər.


8 il əvvəl