“Sərhədlərimizin keşiyində” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dövlət Sərhəd Xidmətində Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 97-ci ildönümünə həsr edilmiş “Sərhədlərimizin keşiyində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Təhsil Nazirliyi, Mətbuat Şurası, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan - peşəkar və həvəskar yazıçılar, şairlər, rəssamlar, jurnalistlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər, ümumi təhsil məktəblərinin şagirdləri iştirak edib.
Müsabiqə iştirakçıları tərəfindən təqdim olunan çoxsaylı əsərlərin sırasından 20 şer, 23 hekayə, 51 qəzet məqaləsi, 23 rəsm əsəri və 65 inşa yazısı seçilərək müsabiqənin finalına buraxılıb. Bu mərhələdə peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalçıları arasından qaliblər müəyyən edilib.
Tədbirdə çıxış edənlər sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə, sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında müsabiqənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Sonda müsabiqə qaliblərinə diplom və pul mükafatı təqdim olunub, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
