SABAH tələbələri Londonda keçirilən yay məktəbində iştirak edib
SABAH tələbələri 31 iyul–7 avqust tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən yay məktəbində iştirak edib.
700-dən çox tələbə arasından yüksək akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən, 10 nəfər SABAH tələbəsi seçilib. Müxtəlif baza ali təhsil müəssisələrindən olan tələbələr Londonda intensiv ingilis dili kursunda iştirak etməklə, dil biliklərini, eyni zamanda dünyagörüşlərini inkişaf etdirmək imkanı əldə ediblər.
İkinci ildir keçirilən yay məktəbində SABAH tələbələri dünyanın bir sıra ölkələrindən olan tələbə və müəllimlərlə tanış olub, ünsiyyət və danışıq klubunda iştirak ediblər. Kursun sonunda tələbələrə sertifikatlar təqdim olunub.
Asudə vaxtlarında SABAH tələbələri Britaniya Muzeyi, Viktoriya və Albert muzeyi, Elm muzeyi, Təbiət tarixi muzeyi, Müqəddəs Pol kilsəsi, Parlament binası, Biq Ben qülləsi, Bukinqem sarayı, Hayd park, Müqəddəs Ceyms parkı, Recent parkı, Kiçik Venesiya, həmçinin Oksford şəhəri və Oksford Universitetinin “Christ Church” kampusunu və digər tarixi-mədəni yerləri görmək imkanı əldə ediblər.
Proqramın məqsədi əmək bazarının artan tələblərinə müvafiq olaraq, SABAH tələbələrinin ingilis dili bacarıqlarını əyani mühitdə inkişaf etdirmək və onların şəxsi inkişafına dəstək verməkdən ibarətdir.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir.
8 il əvvəl
Digər xəbərlər
-
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlanılıb
25.04.2025 - 16:54 -
“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi üzrə bilik yarışı keçirilib
25.04.2025 - 12:19 -
Yerdəyişmə üzrə vakansiya seçimi mərhələsinə start verilir
25.04.2025 - 10:30 -
Ədliyyə Akademiyasında Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün təlim keçirilib
24.04.2025 - 18:00 -
Nazir müavini Firudin Qurbanov autizmlə bağlı beynəlxalq elmi konfransda iştirak edib
24.04.2025 - 13:00