Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb
Fransız-Azərbaycan Universitetinə (UFAZ) iyulun 27-də keçirilmiş qəbul imtahanın nəticələri açıqlanıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.
İmtahanın nəticələri ilə http://ufaz.edu.az/?page_id=864 linki vasitəsilə tanış olmaq mümkündür. İmtahanın nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilərlər.
İmtahandan uğur əldə etmiş gənclər 31 iyul–2 avqust 2016-cı il tarixlərində sənədlərini ADNSU-da təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək.
UFAZ-ın tələbəsi adını qazanan şəxslərin adı Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək. Həmin tələbələr artıq digər ali məktəblərə qəbul üzrə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a qəbul imtahanında uğur əldə edə bilməyən tələbələr isə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisasları seçə bilərlər.
Qeyd edək ki, UFAZ 2016-2017-ci tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
