Yay məktəbi layihəsi başa çatıb
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi başa çatıb.
Layihəyə uyğun olaraq, 13-21 iyul tarixlərində Bakı, Lənkəran, Quba, Gəncə və Şəki şəhərlərində məktəblilər üçün hər biri iki gün olmaqla yay məktəbləri təşkil olunub. Yay məktəblərində sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərindən 200-ə yaxın şagird iştirak edib.
Layihə müddətində şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Biznesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. Həmçinin, məktəblilər "Mən bir aktyoram" sosial tamaşasına və "Nə? Harada? Nə zaman?" intellektual oyununa qatılıblar.
Layihə Təhsil Nazirliyi və Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-Könüllü Proqramının dəstəyi ilə həyata keçirilib.
Layihənin rəsmi informasiya dəstəkçiləri “Təhsil” TV və “Region” TV-dir.
“Azərbaycan üçün öyrət" layihəsi ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
