Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Milli Olimpiya Komitəsində iclas

İyulun 15-də Milli Olimpiya Komitəsində idman federasiyaları ilə geniş tərkibli iclas keçirilib.

İclasın keçirilməsinin əsas məqsədi Bakı şəhərində, o cümlədən, ölkə ərazisində son illərdə istifadəyə verilmiş idman obyektləri və qurğularından idmanın inkişafı üçün daha səmərəli istifadə etmək, təhsil və idman qurumları arasında əməkdaşlığı daha da gücləndirmək, həmçinin respublikada idmanın inkişaf istiqamətləri və ehtiyaclarını müzakirə etmək olub.

İclasda təhsil naziri Mikayıl Cabbarov, gənclər və  idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin olimpiya və qeyri-olimpiya idman növlərinin rəsmiləri iştirak edib. 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə bütün sahələr kimi idman sahəsi də inkişaf edir. Artıq “Rio 2016” Yay Olimpiya Oyunlarına çox az müddət qalmış idmanın inkişafı və təşviqi mühüm məsələlərdəndir. Müvafiq qürumların dəstəyi ilə keçirilmiş “Olympic Moves” layihəsi kütləvi idmanın yaradılması və keçirilməsinin mümkün olduğunu göstərib.

Təhsil naziri Mikayıl Cabbarov məktəblilər və gənclər arasında idmanın təşviqinin mühüm məsələlər sırasında olduğunu deyib. “Mən çox şadam ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və müvafiq idman federasiyalarının dəstəyi ilə ali və ümumi təhsil müəssisələrində şagirdlərin idmana, xüsusən də bədən tərbiyəsinə cəlb olunması bugünkü görüşümüzün əsas məqsədidir”.

Beynəlxalq yarışların respublikamızda keçirilməsinin son illər ənənə halı aldığını qeyd edən gənclər və idman naziri Azad Rəhimov Olimpiya oyunlarındakı uğurlardan danışıb: “Ötən il Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməklə, bu Oyunların standartlarını müəyyən etdik. Azərbaycan idmanının bugünkü uğurlarının ilk zəmini xalqımızın ulu öndəri, ümumilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan idmanını yüksək zirvəyə qaldırıb”.

Çıxışlardan sonra federasiya rəsmilərinin iştirakı ilə fikir mübadiləsi aparılıb.


9 il əvvəl