Azərbaycanlı məktəblilər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb
6-16 iyul tarixlərində Honq Konqda keçirilən məktəblilərin 57-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında azərbaycanlı şagirdlər 1 bürünc, 4 həvəsləndirici sertifikata layiq görülüb.
109 ölkədən 602 məktəblinin iştirak etdiyi olimpiadada şagirdlərə hər gün 3 sual olmaqla 6 sual təqdim olunub. Hər 3 sual üçün 4 saat 30 dəqiqə vaxt verilib.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmməd Şirinov olimpiadanın bürünc medalına layiq görülüb. Həvəsləndirici sertifikat alan 4 şagirddən biri Ramil Cəbiyev həmin liseyin 8-ci sinif şagirdidir. Digər üç sertifikatın sahibləri olan Anar Hüseynov, Mirəli Əhmədli və Tahir Nadirov isə Gəncə və Quba məktəbliləridir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
