“Sərhədsiz diplomatiya”layihəsinin iştirakçıları Yaponiyada səfərdə olub
“Dünya uşaqların gözü ilə” proqramı çərçivəsində “Sərhədsiz diplomatiya” (“World Wide Diplomacy“) uşaq diplomatiyası layihəsinin iştirakçıları Yaponiyada səfərdə olublar.
Səfərdə Bakı Avropa Liseyinin şagirdləri Cahangir Məmmədli, Səidə Tağızadə və Səmilə Tağızadə iştirak edib.
Yaponiyanın “Tokio-Sinema” kinokampaniyasının dəstəyi ilə təşkil edilən səfərin məqsədi məktəbliləri bu ölkənin mədəniyyəti adət-ənənələri ilə tanış etmək, WWD- nin iştirakçıları ilə birlikdə film hazırlamaq olub.
Səfər çərçivəsində layihə iştirakçıları öz həmyaşıdları ilə ünsiyyət yaradaraq bir-birlərinin həyat tərzini müzakirə edib,fərqli mədəniyyətlər, adət-ənənələrlə tanış olublar.
Gənc diplomatlar BMT-nin Tokiodakı Universitetində, eləcə də bir sıra ictimai təşkilatlarda keçirilən görüşlərdə iştirak ediblər.
Qeyd edək ki, “ADA” Universitetinin tərəfdaşlığı ilə Bakı Avropa Liseyində həyata keçirilən beynəlxalq layihənin əsas məqsədi gənc nəslin dünyada gedən qlobal proseslərə münasibət bildirməsini, beynəlxalq ictimaiyyəti maarifləndirməsini təmin etmək, yeniyetmələrin virtual kommunikasiya bacarıqlarını artırmaqdan ibarətdir.
Müəllim, psixoloq və valideynlərin iştirakı ilə təşkil edilən uşaq diplomatiyası layihəsi məktəblilərin öz yaşıdları, eləcə müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri ilə vizual ünsiyyətə əsaslanır. Layihə virtual (dialoqlar, onlayn konfrans) şəbəkə şəklindədir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
