"Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının güləşçisi Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş idman növü üzrə gənclər arasında Avropa çempionatı keçirilib.
Çempionata “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialından 2 güləşçi qatılıb. 74 kq çəkidə mübarizə aparan Murad Süleymanov ilk olaraq Yunanıstan təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Ardınca Gürcüstan və Polşa idmançılarını mübarizədən kənarlaşdıran Murad yarımfinalda Litva təmsilçisini məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə güləşçimiz Rusiya təmsilçisinə də qalib gələrək Avropa çempionatının qızıl medalına yiyələnib.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
