“Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsinin qalibləri məlum olub
İyunun 24-də 18 nömrəli məktəbdə “Məktəbini tanıt” mövzusunda videoçarx müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqə təşkilatçıları, müəllimlər, valideynlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, “Məktəb İcma Qurumlarının təşkili” layihəsi çərçivəsində Məktəb icmalarının bütün iştirakçıları üçün Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Community.az portalı müsabiqə elan edib.
11-31 may tarixlərində keçirilən məktəblərarası “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri iştirak edib.
“Bizim məktəbimiz nə ilə fərqlənir?”, “Məktəbimizin məzunları”, “Məktəbin şən hekayəsi”, “Gələcəyin məktəbi”, “Bizim sinif icmasının uğurları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 91 məktəb 194 videoçarx təqdim edib. Həmin videoçarxlar Community.az portalında yerləşdirilib.
Müsabiqənin nəticələrinə görə, hər nominasiya üzrə 1 qalib və 1 mükafatçı məktəb seçilib.
Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
