Müsabiqə qalibləri mükafatlandırılıb
İyunun 23-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş “Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Müdafiə Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları iştirak ediblər.
Tədbir hərbi məktəb orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir.
Çıxış edənlər sərginin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını bildirib, müsabiqənin yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişməsində rolundan danışıblar.
Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən 263 əsər təqdim edilib.
Müsabiqə üç yaş qrupu üzrə qiymətləndirilib. 6-8, 9-12 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilən müsabiqədə ümumilikdə, 12 qalib iş seçilib. 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Qaliblər hədiyyələr və diplomlarla təltif olunublar.
Tədbirin bədii hissəsində Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri çıxış ediblər.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
