Boks üzrə “Təhsil” RİM-in açıq birinciliyi başa çatıb
Biləsuvar Olimpiya İdman Kompleksində boks üzrə 2002-2003-cü il təvəllüdlü oğlanlar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd boks idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların təlim-məşq prosesinin keyfiyyətinin yoxlanılması, beynəlxalq yarışlara hazırlıq və “Təhsil” RİM-in boks üzrə 2002-2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komandasını müəyyənləşdirməkdən ibarətdir.
Birincilikdə ilk dəfə olaraq, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin komandalarından başqa, idman cəmiyyətlərinin və idman klublarının komandaları da iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında I yeri “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yeri Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yeri isə Cəlilabad Rayonu Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub.
Qaliblər “Təhsil” RİM tərəfindən kubok, medal, diplom və hədiyyələrlə təltif olunub.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
