Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Dünya üzrə nüfuzlu QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq 9 indikator üzrə regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb.

Reytinqin nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində sırf iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb. İndikatorlar  akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim-tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbə sayının yerli tələbələrə olan nisbəti, veb təsir, məqalə sayının müəllim sayına olan nisbəti indikatorları üzrə qiymətləndirilib.

Akademik reputasiya indikatoru üzrə göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 77000-dən çox rəy toplanıb. Reytinqdə 30 faiz olmaqla  ən böyük çəkiyə malik akademik reputasiya indikatoru üzrə UNEC-in əldə etdiyi qiymətləndirmə 39,4 baldır.

UNEC-in veb təsir indikatoru üzrə reytinqdə internet resursların effektivliyi 52,6 balla qiymətləndirilib. Bu indikator üzrə universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi qiymətləndirilir.

Universitetin dünya və yerli işgüzar dairələrdə artan nüfuzunun göstəricisi olaraq müxtəlif  biznes qurumlarının rəhbər və nümayəndələrinin  verdiyi səsvermə əsasında  yekun balı 22,2 olub. Digər indikator olan müəllim və tələbə sayı nisbəti indikatoru üzrə UNEC 22,1 bal toplayıb. Müəllim sayına düşən məqalələrin orta  sayının göstəricisi  1,1 olub ki, bu da Azərbaycan ali təhsil müəsissələri arasında ikinci ən yaxşı göstəricidir.

Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. Universitetə son iki ildə qəbul olunan elmi dərəcəsi olan  müəllimlərin sayı reytinqdə UNEC-in  irəliləməsində müsbət rol oynayıb. Belə ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti  55,9 faiz təşkil edib ki, bu da UNEC-ə 10,4 bal qazandırıb.

Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10,8,  əcnəbi tələbə sayının  yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4,9 olub.

Beləliklə, akademik və tədris fəaliyyəti, kadr potensialının artırılması və işəgötürənlər arasında beynəlxalq və milli səviyyədə artan nüfuzun nəticəsi olaraq, UNEC bütün indikatorlar üzrə yüksək qiymətləndirilərək, dünya səviyyəli QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralamasında ilk dəfə ən yaxşı 200 universitet sırasına yüksəlib.

Qeyd edək ki, bu il QS reytinq agentliyinin inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralanmasında Azərbaycandan 6 ali təhsil müəssisəsi (Xəzər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və “ADA” Universiteti) iştirak edib. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilib.

“Quacquarelli Symonds LTD” (QS) dünya üzrə ali təhsil müəssisələrinin reytinqini 2004-cü ildən etibarən aparır. Reytinqdə inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu, Braziliya, Rusiya, Hindistan,  Çin və Cənubi Afrika ölkələri, Asiya, Latın Amerikası və Ərəbistan üzrə  ali təhsil müəssisələrinin sıralaması əksini tapır.
 


9 il əvvəl