Müsabiqə əsasında I sinfə şagird qəbulu prosesi başa çatıb
Bakı şəhəri üzrə müsabiqə əsasında lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu prosesi yekunlaşıb.
İstedadlı uşaqların daha aşağı yaşlarda müəyyən olunması və onlar üçün innovativ təlim prosesinin təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 15 ümumi təhsil müəssisəsində I sinfə qəbul müsabiqə əsasında təşkil olunub.
Qeyd edək ki, 2016-2017-ci tədris ili üzrə Bakı şəhərində I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə elektron qeydiyyat www.mektebeqebul.edu.az saytı vasitəsilə martın 1-dən aprelin 10-dək davam edib. Həmin ümumi təhsil müəssisələrinə 4 449 nəfər müraciət edib.
15 aprel-15 may 2016-cı il tarixlərində bu təhsil müəssisələrinin daxili nizamnamələrinə əsasən təşkil edilmiş müsabiqələr çərçivəsində uşaqların qiymətləndirilməsi həyata keçirilib. Uşaqların dünyagörüşü, riyazi-məntiqi təfəkkürü, psixoloji hazırlığı, yaradıcılıq qabiliyyəti, rabitəli nitqqurma bacarığı qiymətləndirilib və ümumilikdə, 2 350 şagird I sinfə qəbul edilib. Onlardan 1 144 nəfər Azərbaycan bölməsinə, 1 206 nəfər isə rus bölməsinə qəbul olunub.
Müsabiqə çərçivəsində ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub. Bu məktəb üzrə 1 yerə 3 nəfərdən daha artıq müraciət edilib. Bakı Avropa Liseyi, 287 nömrəli Zəkalar Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universitenin nəzdində Məktəb-Lisey Kompleksi və "Ankara məktəbi" məktəb-liseyində də yüksək rəqabət qeydə alınıb.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
