Yeni layihə təqdim olunub
Mayın 19-da “British Council”, Təhsil Nazirliyi və BP Azərbaycan şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”nin təqdimat mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev, Azərbaycanda rəsmi səfərdə olan “British Council” təşkilatının regional direktoru Əndi Uilyams, ingilis dili üzrə regional direktoru Cil Koates və BP şirkətinin nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, “British Council” tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə bu günə qədər ölkə üzrə 13 rayonu əhatə edən ingilis dili müəllimləri üçün ixtisaslaşdırma təlim proqramı həyata keçirilib.
Növbəti layihə Azərbaycanın neft-qaz boru kəməri keçən qərb regionunda- Ağstafa, Goranboy, Samux, Tovuz və Şəmkirdə baş tutacaq. Bir il müddətində davam edəcək layihə adıçəkilən bölgədə 10 ümumi təhsil müəssisəsindən seçilən 75 ingilis dili müəlliminin, 10-16 yaş qrupunda 500-dən çox məktəblinin,150 nəfər icma üzvünün ingilis dili üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edəcək.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
