Məktəblilərimiz 33-cü Balkan Riyaziyyat Olimpiadasından medalla qayıdıblar
5-10 may 2016-cı il tarixlərində Albaniyanın Tirana şəhərində 33-cü Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası keçirilib.
Serbiya, Rumıniya, Makedoniya, Bolqarıstan, Türkiyə kimi Balkan ölkələrinin, həmçinin İtaliya, Fransa, İngiltərə, Qazaxıstan, Səudiyyə Ərəbistanı da daxil olmaqla, ümumilikdə 18 ölkədən 100-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər.
Olimpiadada ölkəmizi təmsil edən Gəncə şəhəri 26 nömrəli fizika-riyaziyyat təmayüllü liseyin eksperimental pilot sinfinin şagirdi Anar Hüseynov gümüş və Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot sinfinin şagirdi Məhəmməd Şirinov bürünc medal qazanıb.
Qeyd edək ki, hazırda komanda rəhbərləri və şagirdlər riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə iyul ayında müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq fənn olimpiadalarında daha yaxşı nəticələrin əldə olunması məqsədilə effektli hazırlıq prosesinə başlayıblar.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
