Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 26-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Respublika Təhsil Şurasının ümumi yığıncağı keçirilib.
Aprelin 26-da Azərbaycan Dövlət Opera və Balet Teatrında Respublika Təhsil Şurasının ümumi yığıncağı keçirilib.
Öncə Təhsil Şurasının üzvləri və qonaqlar Fəxri Xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər.
Yığıncaqda Təhsil Şurasının sədri Əjdər Ağayev “Son illərdə ölkəmizdə təhsil sahəsində görülmüş işlərin dəyərləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Rəhbərlik etdiyi qurumun 1998- ci ildə Azərbaycan Müəllimlərinin XI qurultayında ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yarandığını bildirən Ə. Ağayev Təhsil Şurasının ölkəmizin təhsil həyatında yaxından iştirak etdiyini qeyd edib.
Təhsil naziri Misir Mərdanov çıxış edərək Respublika Təhsil Şurasının fəaliyyətini yüksək qiymətləndirib və ümummilli liderimiz Heydər Əliyevin müəllimlərin XI qurultayındakı tarixi çıxışını, təhsil işçilərinin ünvanına dediyi dəyərli fikirləri xatırladıb.
Misir Mərdanov müəllim peşəsinə yüksək qiymət verən ulu öndərin şəxsiyyətinə nəinki müəllimlər, habelə bütün xalqımız tərəfindən böyük hörmət və ehtiramla yanaşıldığını bildirib, Heydər Əliyevi tariximizin ən böyük azərbaycanlısı adlandırıb. Ümummilli liderimizin ölkəmizdə əsasını qoyduğu böyük quruculuq işlərinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən təhsil naziri ölkə başçısının apardığı siyasət nəticəsində son illər Azərbaycanda qlobal dəyişikliklərin baş verdiyini, digər sahələr kimi bu sahədə də bir çox irimiqyaslı proqram və layihələrin həyata keçirildiyini, yüzlərlə təhsil işçisinin dövlət mükafatlarına layiq görüldüyünü bildirib.
Tədbirdə bir sıra rəhbər təhsil işçiləri çıxış edərək ümummilli liderimizin dövlət quruculuğu sahəsindəki xidmətlərindən, Azərbaycan təhsilinin inkişafına göstərdiyi qayğıdan söz açıblar.
Yığıncaqda qarşıdakı prezident seçkilərində dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizəd irəli sürülməsi barədə qərar qəbul edilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
