Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına daxil olan Veloidman növü üzrə yarışlar başa çatıb.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə reallaşdırılan yarışlar Respublika Veloparkında keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Azərbaycan Kooperasiya Universiteti, 3-cü yeri isə Milli Aviasiya Akademiyasının komandası tutub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında Respublika Çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
