12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam edir
Aprelin 4-də Quba rayonunda 12 illik ümumi təhsilə keçidlə bağlı “Dəyirmi masa” keçirilib.
Müzakirələrdə Təhsil Nazirliyinin rəhbər işçiləri, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayon təhsil şöbələrinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, müəllimlər və valideynlər iştirak ediblər.
“Dəyirmi masa”da 12 illik ümumi təhsilə keçidin zəruri səbəbləri və əhəmiyyəti, bu sahədə dünya təcrübəsi, standartlar və təhsil proqramları (kurikulumlar), dərsliklər, kadr təminatı, məktəbəhazırlığın təşkili və prosesə hazırlıqla bağlı atılacaq digər zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı qarşıda duran əsas hədəflər barədə məlumat verilib.
Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı müasir tələblər və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla, məzmunun və tədris yükünün optimallaşdırılması, səviyyələr üzrə fənlərin müəyyənləşdirilməsi və inteqrasiyası, dərslik hazırlığı, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, şagird sayı az olan məktəblərdə rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi, peşə təhsili imkanlarının genişləndirilməsi, ümumi təhsilin ölkəmiz üçün məqbul olan mümkün modellərinə dair təkliflər səsləndirib.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
