Respublika çempionatı başa çatıb
Ali təhsil müəssisələrinin tələbələri arasında stolüstü tennis idman növü üzrə Respublika çempionatına yekun vurulub.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzi və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında ‘‘Şüa” İdman Kompleksində keçirilən Respublika çempionatının proqramına daxil olan stolüstü tennis idman növü üzrə yarışlara yekun vurulub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, 1-ci yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2-ci yeri Bakı Avrasiya Universiteti, 3-cü yeri isə Bakı Dövlət Universitetinin komandası tutub.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
