Şamaxıda məktəb açılışı
Martın 19-da Şamaxı rayonu Şərədil kənd ümumi orta məktəbin açılış mərasimi keçirilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, son illər təhsil sahəsində aparılan islahatlardan, yeni məktəb binalarının istifadəyə verilməsindən və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Yeni istifadəyə verilən bu məktəbdə də şagirdlərə təhsil almaq üçün lazımi şəraitin yaradıldığını qeyd edib.
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov ölkədə bütün təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, yeni məktəblərin tikildiyini bildirib. Təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb.
Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən tikilən 80 şagird yerlik məktəb binasının inşasına 2014-cü ildən başlanılıb. Məktəbdə 9 sinif otağı, ümumiləşdirilmiş kimya və fizika laboratoriyası, kompüter otağı, 48 yerlik akt zalı, bufet, müəllim otağı, idman zalı, kitabxana var. Ərazidə basketbol və açıq idman meydançası tikilib. İdman zalı üçün paltardəyişmə otağı, duş və sanitar qovşaqlar istifadəyə verilib.
Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Təhsil müəssisəsinin ərazisində abadlıq işləri aparılıb.
Açılış mərasimindən sonra qonaqlar məktəbin sinif otaqları, fənn kabinetləri, laboratoriya və idman zalı ilə tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
