Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti “Novruz mühazirələri” keçirilib

Martın 15-də T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib.

Mühazirədə təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “Postmodernizm və təhsil” mövzusunda mühazirəsi dinlənilib.

Tədbirdə təhsil ekspertləri, ali və ümumi təhsil müəssisələrinin müəllimləri, tələbələr iştirak ediblər.

Təhsil eksperti mühazirədə postmodernizmin tarixi, fəlsəfəsi, sosial və milli kontekstlərindən danışıb, tənqidi pedaqogikanın əsaslarını izah edib.

Mühazirədə şəxsiyyətin psixoloji xüsusiyyətlərinin nəzərə alın­ma­sı, təhsilin yaradıcı təşkili, yeni tərbiyəvi təsirlərin həyata keçirilməsi, təfə­k­kürün və fəaliyyətin məzmunun dəyişdirilməsi məsələlərinə toxunulub, cəmiyyətin postmodernizm istiqamətində yeni dəyərlərin yaradılmasına nail olması prinsiplərindən, ənənəvi və müasir dərslərin paradiqmalarından söhbət açılıb.

Ənənəvi təhsil sistemini sosial, şəxsiyyətyönümlü təhsilin əvəz etməyə başladığını vurğulayan Etibar Əliyev yeni tədris metodologiyaları və texnologiyalarının sınaqdan keçirilməsi nümunələrindən, praktik fəaliyyətə əsaslanan tədris metodlarından, ümumi və peşəkar təhsildə pedaqoqun rolu və ona olan tələblərdən danışıb.

Daha sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzuya dair müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, fevralın 23-dən start verilən mühazirələrdə tanınmış alimlər, təhsil ekspertləri müasir elmin tendensiyaları və nailiyyətlərini daha anlaşıqlı formada geniş auditoriyaya çatdırıblar.

Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.


10 il əvvəl