Anlaşma memorandumu imzalanıb
Martın 15-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu təhsil nazirinin müavini Firudin Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov imzalayıb.
İmzalanma mərasimində Təhsil Nazirliyinin və AFFA-nın rəsmi şəxsləri, uşaq-gənclər futbol məktəblərinin direktorları iştirak ediblər.
Memorandumun imzalanmasında məqsəd tərəflər arasında 2016-2020-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək, uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi inkişafı üçün əngəl törədən zərərli vərdişlərdən çəkindirmək, ölkənin futbol üzrə milli və olimpiya yığma komandalarına ehtiyat idman qüvvələri hazırlamaq, habelə futbolu inkişaf etdirmək və bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir.
Tədbirdə təhsil nazirinin müavini F.Qurbanov çıxış edərək təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idmana olan marağın artırılması, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün tədris metodikasının təkmilləşdirilməsi və digər istiqamətlərdə nazirlik tərəfindən görülən işlərdən danışıb. O, futbolun maddi-texniki bazasının yaxşılaşdırılması, futbol meydançalarının yaradılması, məktəbli futbolçuların idman ustalıqlarının və futbolun kütləviliyinin artırılmasında birgə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaq, yeniyetmə və gənclər arasında futbolun populyarlaşdırılması və futbolla məşğul olanların sayının artması istiqamətlərində həyata keçirilən müxtəlif layihələr haqqında məlumat verib. E.Məmmədov bu layihələrin gənc nəslin sağlam həyat tərzinə istiqamətləndirilməsi, zərərli vərdişlərdən uzaqlaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu sahədə AFFA ilə Təhsil Nazirliyinin birgə fəaliyyətinin səmərəli və faydalı olacağını vurğulayıb.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47