Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 5-də Təhsil Nazirliyində 2008-2009-cu tədris ilinə ümumtəhsil məktəblərinin I sinifləri üçün milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması, nəşri və çapı işlərinə dair tender proseduru keçirilib.

Mayın 5-də Təhsil Nazirliyində 2008-2009-cu tədris ilinə ümumtəhsil məktəblərinin I sinifləri üçün milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanması, nəşri və çapı işlərinə dair tender proseduru keçirilib.  
Dövlət əhəmiyyətli bu məsələnin mühümlüyünü nəzərə alaraq Təhsil Nazirliyinin tender komissiyasının iclasında nazir Misir Mərdanov da iştirak edib.
İclasda 2008-2009-cu tədris ilinə I siniflər üçün dərslik komplektlərinin hazırlanması məsələsi ətrafında danışılaraq qeyd olunub ki, növbəti tədris ilinə 13 adda dərslik, 21 adda müəllim üçün vəsait və 15 adda şagirdlər üçün iş dəftərinin çapı nəzərdə tutulub. O da bildirilib ki, 34 adda 740 500 nüsxə dərslik və müəllim üçün vəsait dövlət hesabına çap olunaraq ümumtəhsil məktəblərinə pulsuz veriləcək. Şagirdlər üçün iş dəftəri isə nəşriyyatların hesabına çap olunacaq.
Eləcə də tenderin «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ikimərhələli qaydada keçirildiyi, bununla bağlı elanın dövrü mətbuatda dərc olunduğu, tenderdə 10 nəşriyyat-poliqrafiya müəssisəsinin iştirakı barədə müraciət edildiyi və onlara tenderin “Əsas şərtlər toplusu”nun, “İbtidai təhsilin milli kurrikulumu” sənədlərinin verildiyi də qeyd olunub. Bildirilib ki, ikimərhələli tenderin I mərhələsi üçün təqdim olunası 31 təklifdən nazirliyə yalnız 19-u daxil olub, digər təkliflər ya işlənilməyib, ya da təqdim edilməyib.
Məlumat üçün qeyd edək ki, təqdim olunan dərslik komplektləri kodlaşdırılaraq məzmun və poliqrafik keyfiyyətinin qiymətləndirilməsi üçün müstəqil qurum kimi yaradılmış Dərslikləri Qiymətləndirmə Şurasına təqdim ediləcək. Təsdiq olunmuş qiymətləndirmə meyarları üzrə bu qurum tərəfindən dəyərləndirilən dərslik komplektləri müəyyən edilmiş keçid balını topladıqdan sonra təsdiq olunaraq, tenderin II mərhələsinə buraxılacaq və satınalma müqavilələri əsasında çap ediləcək.
Sonra tender proseduru davam etdirilərək V və VI Lotlar üzrə təklif zərfləri açılaraq kodlaşdırılıb və Dərslikləri Qiymətləndirmə Şurasına təqdim edilib.
Tender prosedurunda komissiya üzvləri ilə bərabər, təklif vermiş nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri də iştirak edib.


10 il əvvəl