Növbəti “Novruz mühazirəsi”
Martın 4-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə təhsil ekspertləri, ali təhsil müəssisələrinin tələbələri, ümumi təhsil məktəblərinin müəllimləri iştirak ediblər.
Budəfəki görüşdə təhsil eksperti, əməkdar elm xadimi Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirə səsləndirib. Təhsil eksperti “Novruz mühazirələri”nin “Elmdən təhsilə” ideyası əsasında həyata keçirildiyini xatırladaraq, elmi mövzuların daha sadə dildə ictimaiyyətə çatdırılmasını mühüm hadisə hesab etdiyini bildirib. Ş.Əsgərov mühazirəsində biliyin qiymətləndirilməsi meyarlarından, klassik və yeni kriteriyaların müqayisəsindən, qiymətləndirmə göstəricilərindən danışıb. O, şagird nəticələrinin obyektiv qiymətləndirilməsi, müasir qiymətləndirmə metodlarından istifadəyə geniş yer verilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin, müvafiq hesabatların aparılması məsələlərinə də toxunub.
Tədbirdə görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.
“Novruz mühazirələri “Elmdən təhsilə” təşəbbüsənə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
